"Qəbələ" "Bakı"nın bazasında məşq etdi

"Qəbələ" "Bakı"nın bazasında məşq etdi

"Qarabağ" - "Qəbələ" (3:0) matçının ardından 1 günlük istirahətə buraxılan "qırmızı-qaralar" XXIX tur çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" ilə qarşılaşmanın hazırlıqlarına start verib. Siasport.az saytının məlumatına görə, Yuri Syominin rəhbərliyi altında "Bakı" futbol klubunun təlim-məşq bazasında baş tutan məşq prosesinə zədəsi olan Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç qatılmayıb. Futbolçular məşq boyunca müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər.

Xatırladaq ki, "Xəzər Lənkəran" - "Qəbələ" qarşılaşması aprelin 5-də Lənkəran Şəhər Stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə