Yüngül atletika üzrə paralimpiya komandamız Dubayda 10 medal qazanıb
Yüngül atletika üzrə paralimpiya komandamız Dubayda keçirilən atletika üzrə VI Fəzaa beynəlxalq turnirində iştirak edib. Siasport.az saytının məlumatına görə, yarışda 200 metr məsafəyə qaçışda Elçin Muradov və lövhə atma yarışlarında Oloxan Musayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmanın lövhə atma növündə Solmaz Səfərova, nüvə itələmə yarışlarında Rüfət Rəfiyev və Elvin Astanov, 400 metr məsafəyə qaçışda Elçin Muradov, nizə atmada E.Astanov gümüş medal qazanıblar. Samir Nəbiyev nüvə itələmə və lövhə atma yarışlarında, Mənzərə Əhmədova isə nizə atmada bürünc medalla kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB