Böyükağa Hacıyev: "Günah məndədir, bir sıra səhvlərə yol verdim"

Böyükağa Hacıyev: "Günah məndədir, bir sıra səhvlərə yol verdim"

Topaz Premyer Liqasının 23-cü turunda "Sumqayıt" doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən "gənclik şəhəri"nin təmsilçisi mövsümdə 2-ci qələbəsini qazanıb. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "0:2 hesabı ilə məğlub olduq. Günah məndədir, bir sıra səhvlərə yol verdim. Rəqibin "Simurq"la oyununu analiz etmişdim. "Neftçi"yə qarşı komandalar başqa cür köklənir. Qarşıda "Qarabağ"la keçirəcəyimiz çox çətin oyun var. Müdafiədə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Bu oyunda gənclərə şans verdik".

Aqil Məmmədov, "Sumqayıt" klubunun baş məşqçisi: "Maraqlı oyun oldu. Komandaya və azarkeşlərə təşəkkür edirəm. Özüm də "Neftçi"də oynamışam, komandaya hörmətim var. Bu oyunda qələbə qazanmaq vacib idi. Çətin olacağını bilirdik, lakin qalib gələ bildik".

Bütün xəbərlər Facebook səhifəmizdə