Millimiz AÇ-də mübarizəni dayandırıb

Millimiz AÇ-də mübarizəni dayandırıb

Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatında mübarizəni qrup mərhələsində dayandırmalı olub. Siasport.az saytının məlumatına görə, Belçikanın Antverpen şəhərindəki Lotto Arena idman kompleksində İtaliya yığması ilə qarşılaşan millimiz 0:7 hesabı ilə məğlubiyyətə uğrayıb.

Millimizin yer aldığı C qrupundakı hər üç komandanın aktivində 3 xal olsa da, vurulan və buraxılan topların nisbətinə əsasən İtaliya yığması birinci, Sloveniya futzalçıları isə ikinci yeri tutaraq 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə