“Rəvan” "Universitatya Krayova”nı minimal hesabla məğlub edib

“Rəvan” "Universitatya Krayova”nı minimal hesabla məğlub edib

Topaz Premyer Liqasının ikinci yarısına Antalyada hazırlaşan "Rəvan" klubu Rumıniyanın "Universitatya Krayova" klubu ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, "Titanik" otelinin idman kompleksinin əsas meydançasında keçirilən oyunda rəqibini 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin yeganə qolunu Tyaqo Mirasema vurub.

Qeyd edək ki, "Rəvan" sonuncu yoxlama oyununu yanvarın 25-də Xorvatiyanın "Split" klubuna qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə