B kateqoriyalı məşqçi kursu keçiriləcək

Fevralın 3-dən 7-dək, 17-dən 21-dək və martın 10-dan 14-dək Bakı şəhərində AFFA tərəfindən UEFA-nın "B" kateqoriyalı məşqçi kursu keçiriləcək.

Siasport.az saytının məlumatına görə, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

1. Ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti

3. Sağlamlıq haqqında arayış

4. 2 ədəd şəkil (3x4)

5. "C" Lisenziya və diplomun surəti

Qeyd edək ki, kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.

Əlaqələndirici şəxs: Anar Şıxəliyev

Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30

E-mail: [email protected]

Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.

Sənədləri qaydasında olan hər bir namizəd məşqçi kursunun başlanmasına bir neçə gün qalmış AFFA-ya dəvət olunacaq və təlimatçılar tərəfindən görüş keçiriləcək. Namizədlərə kursda iştirak edib-etməyəcəyi barədə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə