Hüseyn Cəbrayıloğlu: "O futbolçu da özünə klub tapmalıdır"

Hüseyn Cəbrayıloğlu: "O futbolçu da özünə klub tapmalıdır"

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli telefon bağlantısı ilə qatıldığı Türkiyənin "TRT" kanalına açıqlamasında komanda barədə də danışmışdı. Siasport.az saytı Stadium.az-a istinadən xəbər verir ki, Dənizli "Xəzər Lənkəran"a yalnız bir legionerin alınmasının gərəkdiyini demişdi. Baxmayaraq ki, yerli azarkeşlər və klub rəhbərliyi komandada çox ciddi dəyişikliklərin olmasını, heyətin gücləndirilməsini istəyir, M.Dənizli öz bildiyini edir. Bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə danışdıq: "Təbii ki, komandamızın azarkeşləri də, rəhbərlik də "Xəzər Lənkəran"ın güclənməsini istəyir. Klubumuzun prezidenti Mais Mənsimov Mustafa Dənizli ilə "Sumqayıt"la oyundan sonra görüşmüşdü və bildirmişdi ki, kimi istəsə yollaya, kimi istəsə ala, heyəti gücləndirə bilər. Yəni bütün səlahiyyət baş məşqçidədir. M.Dənizli isə elə o vaxt bildirdi ki, bir, maksimum iki futbolçunun alınmasını istəyir. Bu da baş məqşçinin işidir, ona qarışmaq olmaz.

Biz də istəyirik ki, kimsə gedəcəksə, bu, tez açıqlansın. Çünki o futbolçu da özünə klub tapmalıdır, sonra kənarda qalmasın. Baş məşqçimiz hələ gözləyir. Ola bilsin ki, toplanışa qədər bir və ya iki oyunçu göndərilsin, amma bu, hələ konkret olaraq dəqiqləşməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə