“Rabitə” “Omiçka”nı məğlub edib

Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının sonuncu turu keçirilib. Siqasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Rabitə" komandası Rusiyada yerli "Omiçka" kollektivinin qonağı olub. Çexiyalı baş hakim Martin Hudikin idarə etdiyi oyun "Rabitə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrup mərhələsini 16 xalla birinci pillədə başa vuran "Rabitə" komandası Çempionlar Liqası yarışlarının pley-off mərhələsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə