Jaja "Kayserispor"dan qovuldu

Türkiyənin "Kayserispor" futbol klubu braziliyalı futbolçusu Jaja ilə yollarını ayırıb. Siasport.az saytı xəbər verir ki, yeni mövsümdə olduqca acınacaqlı nəticələr alan və hazırda futbol üzrə Türkiyə Superliqasında son yerlərdən birində qərarlaşan Kayseri təmsilçisi, qış transfer dövründə komandada ciddi islahatlara başlamağa qərar verib. Siasport.az saytı xəbər verir ki, klub rəhbərliyi hazırkı heyətin əksər üzvləri ilə yolları ayrımağa qərar verib. İlk addım isə braziliyalı Jaja ilə gerçəkləşib. "Kayserispor"un rəsmi saytının yaydığı məlumata əsasən, Ukrayna klubu "Metallist"dən icarəyə götürülən braziliyalı futbolçu ilə hazırkı müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə