Aleks Fergüsson dünyanın ən yaxşı məşqçisidir?

Dünya futbol tarixinin ən yaxşı baş məşqçilərinin adları açıqlanıb. Siasport.az saytı xəbər verir ki, bu siyahıda təcrübəli baş məşqçilərin qazandıqları titulların sayına uyğun müəyyənləşdirilib. Belə ki, siyahıda karyerası ərzində ən çox kubok qazanan 42 məşqçi yer alıb. Türkiyənin "Sporx.com" idmans aytının məlumatına əsasən, ötən mövsümün sonunda "Mançester Yunayted"in baş məşqçi postundan istefa verən Ser Aleks Fergüsson siyahıda hamını qabaqlayıb. şotlandiyalı mütəxəssis Mançester təmsilçisində çalışdığı 27 il ərzində 49 kubok qazanmaqla futbol tarixinə adını qızıl hərflərlə yazdırıb. Fergüssonu 30 kubokla SSRİ yığmasının əfsanəvi baş məşqçisi Valeri Lobanovski izləyir. Rumıniyanın və dünya futbolunun tanınmış simalarından olan Mirça Luçesku isə 28 kubokla üçüncü pillədə qərarlaşıb.


1. Aleks Fergüsson - 49 kubok
2. Valeri Lobanovski - 30 kubok
3. Mirça Luçesku - 28 kubok
4. Cok Stein - 28 kubok
5. Otmar Hitzfeld - 25 kubok
6. Covanni Trapotenni - 23 kubok
7. Ualter Smit - 22 kubok
8. Luis Alonso Peres - 21 kubok
9. Joze Mourinyo - 20 kubok
10. Luis Felipe Skolari - 20 kubok

11. Bob Beysli - 20 kubok
12. Lui Van Qal - 19 kubok
13. Fatih Terim - 18 kubok
14. Helenyo Helero - 17 kubok
15. Bryan Klauf - 17 kubok
16. Ernest Habbel - 17 kubok
17. Marselo Lippi - 16 kubok
18. Raymond Qoldhals - 16 kubok
19. Luis Alberto Kubilla - 16 kubok
20. Miqel Munos - 15 kubok

21. Tomislav İviç - 15 kubok
22. Karlos Biyançi - 15 kubok
23. Arsen Venger - 15 kubok
24. Pep Qvardiola - 15 kubok
25. Linus Mişels - 14 kubok
26. Robbi Robson - 14 kubok
27. Quus Hiddink - 14 kubok
28. Yohan Kroyf - 14 kubok
29. Matt Basbi - 13 kubok
30. Albert Bateks - 13 kubok

31. Karlo Ançelotti - 13 kubok
32. Fabio Kapello - 13 kubok
33. Roberto Skarone - 12 kubok
34. Roberto Mançini - 12 kubok
35. Otto Rehaqel - 12 kubok
36. Yupp Haynkes - 12 kubok
37. Hennes Beisveyler - 11 kubok
38. Stefan Kovaks - 11 kubok
39. Nereo Rokko - 10 kubok
40. Qlermo Stobil - 10 kubok
41. Todor Besellinoviç - 10 kubok
42. Visente Del Boske - 10 kubok

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...