“Lokomotiv” “Hapoel”i məğlub edib

“Lokomotiv” “Hapoel”i məğlub edib

Voleybol üzrə CEV kubokunun 1/8 final mərhələsinin ilk oyunları baş tutub. Siasport.az saytının məlumatına görə, Bakının qadınlardan ibarət "Lokomotiv" komandası İsrailin "Hapoel" klubu ilə qarşılaşıb. Oyunda komandamız 3:0 (25:16; 25:19; 25:14) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Bakıda, Voleybol Mərkəzində keçirilən oyunu rusiyalı hakim Aleksandr Pavlov və ukraynalı Andrey Kovalçuk idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə