Azərbaycan kubokunun 1/8 final mərhələsində "Mil-Muğan" klubu "Qəbələ" ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, rəqibini 2:1 hesabı ilə məğlub edən "Qəbələ" növbəti mərhələyə vəsiqə qazanıb. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:
Mətləb Məmmədov, "Mil-Muğan" klubunun baş məşqçisi: "Bildiyiniz kimi, Azərbaycanın səviyyəli komandasına qarşı oynadıq. Əzmlə, istəklə oynamaq bugünkü hesabın böyük olmamağına gətirib çıxartdı. Qapıçımızın qırmızı vərəqə almağı da təsir elədi. Bəlkə də qırmızı vərəqə almasa idi, oynamaq olardı.Amma mən yenə də öz komandama "çox sağ ol" deyirəm. "Qəbələ" komandasına da gələcək oyunlarda uğurlar arzu edirəm".
Yuri Syomin, "Qəbələ" klubunun baş məşqçisi: "Mən onu deyə bilərəm ki, oyunun nəticəsi bizim xeyrimizə olsa da, mən matçın gedişatından heç də razı qalmadım. Heyətimizdə gənc oyunçular çox idi. Lorenzo Ebesilio dəyişdikdən sonra elə bil ki, hər şey məhv oldu. Sanki oyun onun üzərində qurulmuşdu. Rəqib komandanı da çempionat oyunlarında analiz etməmişdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB