Xəbər verdiyimiz kimi, sabah futbol üzrə ölkə kubokunun 1/8 final mərhələsində "Bakı" doğma meydanda "Sumqayıt"la qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb: "Bu qarşılaşmanın önəmi böyükdür. Təbii ki, biz də ölkə kubokunda mübarizəni davam etdirmək və növbəti mərhələyə yüksəlmək istəyirik. "Sumqayıt"ı yaxşı tanıyıram deyə, matçın çətin keçəcəyini düşünürəm. Rəqib komandada müdafiə xəttinə xüsusi fikir verirlər. Necə var, elə də davam edəcəyik. Sadəcə, özümüzə bəxt istəyirəm. Bundan artıq mənə heç nə lazım deyil.
"İnter"lə son oyundan sonra vəziyyət normaldır. Futbolçular səhvlərini bilir və onları aradan qaldırmağa çalışırlar. Özünüz də gördünüz ki, Premyer Liqada "Xəzər Lənkəran" və "İnter"ə qarşı görüşlərdə hər iki rəqibin qol imkanları olmadı. Yalnız "İnter" səhvimizdən yararlanıb, qol vurdu. Bu, o deməkdi ki, bizim pis olmağımıza əsas yoxdur. Üstəlik, son qarşılaşmada qol vursaq da, baş hakim bunu hesaba almadı. Amma futbolun elə xüsusiyyəti var ki, əvvəl haqsız yerə itirdiyini sonra bərpa edirsən".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB