AVF-də millinin baş məşqçisi ilə görüş keçirilib

AVF-də millinin baş məşqçisi ilə görüş keçirilib

Azərbaycan Voleybol Federasiyasında (AVF) kişilərdən ibarət milli yığma komandanın baş məşqçisi Silie Tabares Leonardo ilə görüş keçirilib. Siasport.az saytının məlumatına görə, AVF-nin I vitse prezidenti Faiq Qarayev və baş katib Elşən İsmayılov kişilərdən ibarət komandada olan problemlər ilə maraqlanıblar. Görüş zamanı qarşıdakı planlar müzakirə olunub.

Qeyd olunub ki, komandamız may ayından etibarən Avroliqa yarışlarına qatılacaq, 2015-ci ildə isə Avropa Oyunlarına hazırlıq məqsədi ilə daha da gücləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə