Rəşad Sadıqov ("Qarabağ") və Əfran İsmayılov ("Bakı") Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək. Siasport.az saytının məlumatına görə, bu futbolçuların heyətdən kənarda qalmalarının səbəbləri zədəli olmalarıdır.
Qeyd edək ki, məlumatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yayıb.
Xatırladaq ki, millimiz noyabrın 15-də Estoniya, noyabrın 19-da isə Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB