Topaz Premyer Liqasının XII turunda Bakıda "Neftçi"nin qonağı olacaq "Xəzər Lənkəran" məşqlərini Lənkəranda davam etdirir. Siasport.az saytının məlumatına görə, dünən və bu gün ehtiyat meydanda hazırlığını sürdürən komanda əsasən taktiki planda çalışmaları yerinə yetirir. Zədə səbəbindən komanda ilə birgə məşqlərə qatıla bilməyən Junior Nildo fərdi qaydada onun üçün hazırlanmış xüsusi proqramla bərpa məşqləri keçir.
Bu gün keçirilən məşqdə daha üç futbolçu hazırlıqdan kənarda qalıb. Müdafiəçi Rasim Ramaldanov qabırğa nahiyəsində, qapıçı Duqlas Leyte və müdafiəçi Vanderson Skarduelli isə əzələ nahiyələrində olan ağrılar səbəbi ilə məşqi kənardan izləyib. Futbolçuların hər üçünün qarşıdakı günlərdə məşqlərə qoşulacağı ehtimal olunur.
"Xəzər Lənkəran" sabah səhər məşqini keçirdikdən sonra paytaxta yola düşəcək. Komanda "Böyük oyun"a qədər daha iki gün paytaxtda məşqlərini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB