UEFA-nın rəsmi saytı yenə ölkəmizlə bağlı ciddi səhvə yol verib. Siasport.az saytı xəbər verir ki, Avropanın ali futbol qurumunun rəsmi saytında, Futzal Kubokunun elit mərhələsində ölkəmizi təmsil edəcək "Araz" klubu ilə bağlı kobud səhvə yol verilib. Məsələ burasındadır ki, Naxçıvan təmsilçisi qitə futbol qurumunun saytında İmişli klubu kimi təqdim olunur. Ən maraqlısı da budur ki, "Araz" başqa bir futzal klubu ilə yox, tarixin gərdişinə qovuşmuş futbol klubu - "MKT-Araz"la qarışdırılır. 2004-cü ildə futzal klubu kimi yaradılmış "Araz"ın eyni ildə yaradılmış "MKT-Araz"la qarışıq salınmasının arxasında isə yalnız ad oxşarlığı durur. Ancaq məlum olduğu kimi, İmişli təmsilçisi ötən il dağılıb, onun yerində isə bu ildən yeni adla "Mil-Muğan" çıxış edir. Belə olan halda isə, UEFA-nın rəsmi saytının "Araz"ın loqosu əvəzinə "həyatda olmayan" "MKT-Araz"ın loqosunu gündəmə gətirməsi acı təəsüf doğurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB