"Payız turniri" başlayıb

Bu gün eşitməqüsurlu əlillər arasında futzal üzrə "Payız turniri"nə start verilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Texniki Universitetinin idman kompleksində təşkil olunmuş turnirin ilk oyunlarında "Zirvə" "Şimşək"lə, "Ümid" "Birlik"lə qarşılaşıb. Oyunlarda "Zirvə" və "Birlik" qalib gəliblər.

"Zirvə" - "Şimşək" 6:2

"Ümid" - "Birlik" 2:18

Bütün xəbərlər Facebook səhifəmizdə