Berti Foqts: "AFFA yeni baş məşqçi axtarır"

Berti Foqts: "AFFA yeni baş məşqçi axtarır"

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts millidəki fəaliyyətini davam etdirmək istəmir. Siasport.az saytının məlumatına görə, bu barədə almaniyalı çalışdırıcının özü məlumat verib. O, "Sky Sports"a açıqlamasında bunları bildirib: "Bu gün mənim orada edəcəyim bir şey yoxdur. Gələcəklə bağlı tamam fərqli planlarım var. Ayda 10 gün Azərbaycanda oluram. Tez-tez elə suallar verilir ki, cavabını heç kim eşitmək istəmir. Bilirəm ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yeni baş məşqçi axtarır. Bu da normaldır. İndi ən çox soruşulan odur ki, mən işimə davam edəcəyəm, ya yox. Xeyr, məşğul olmaq istədiyim daha vacib işlər var". //Sportal.az

Bütün xəbərlər Facebook səhifəmizdə