FİFA Liberiya yığmasını cəzalandırdı

FİFA Liberiya yığmasını cəzalandırdı

FİFA Liberiya yığmasını cəzalandırıb. Siasport.az saytının məlumatına görə, liberiyalılar Anqola millisi ilə görüşdə diskvalifikasiya olunmuş futbolçunun xidmətindən yararlanıblar. Bu səbəbdən FİFA Liberiya millisinə həmin görüşə görə 0:3 hesablı texniki məğlubiyyət verib.

Qeyd edək ki, Anqola bu oyunda 4:1 hesabı ilə qalib gəldiyindən, dünya çempionatının seçmə mərhələsinin J qrupunun turnir cədvəlində dəyişiklik olmayıb. Belə ki, ilk pilləni tutan Seneqal millisi pley-off matçlarına qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə