Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Portu şəhərində keçirilən XIX Avropa birinciliyinə uğurla başlayıb. Siasport.az saytının məlumatına görə, milli komandanın üzvü, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Məmmədov birinciliyin ilk günündə qızıl medala sahib olub.
Məhəmməd Məmmədov rəqibləri Fredrik Lindstroma 8:2, Manic Miahjloya 13:3, Serpitouski Siarheyə 28:4 hesabı ilə qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda Belçika təmsilçisi Ketbi Si Mohamedə şans verməyən taekvondoçumuz rəqibini 14:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Ursu Nichita üzərində 7:2 hesabı ilə inamlı qələbə qazanan M.Məmmədov fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Digər idmançımız Tapdıq Quliyev isə Tsangarıdes Nokolası 13:11, Georgiadis Thoması (GRE) 7:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda döyüşdə Akyol Berkaya məğlub olan idmançımız yarışı bürünc medalla başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB