Sərbəst güləş yığmamız Budapeştdədir

Sərbəst güləş yığmamız Budapeştdədir

Sərbəst güləş üzrə Azərbaycan yığma komandası sentyabrın 16-da start götürəcək dünya çempionatında iştirak etmək üşün artıq Macarıstanın paytaxtı Budapeştdədir. Siasport.az saytının məlumatına görə, komandamız dünən axşam saatlarında məşqə çıxıb.

Qeyd edək ki, baş məşqçi əvəzi Maqomed Aliomarov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında dünya çempionatında Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Ağahüseyn Mustafayev (66 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) iştirak edəcək.

İlk yarış günü döşək üzərinə çəkisi 55, 66 və 96 kq-dək olan güləşçilər çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə