Mesut Özil "Arsenal"da ilinə 7 milyon avro qazanacaq!

Mesut Özil "Arsenal"da ilinə 7 milyon avro qazanacaq!

Son son transfer günündə Madrid "Real"ından "Arsenal"a keçən Mesut Özilin yeni komandasında alacağı məbləğ böyük maraqla gözlənilirdi. Siasport.az saytı xəbər verir ki, ingilis klubunun rəsmi saytında 24 yaşlı türk əsilli alman yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalandığı barədə məlumat dərc olunub. Rəsmi məlumata əsasən, "Arsenal" bu transfer üçün Madrid klubuna 42.4 milyon funt sterlinq ödəyib. M.Özilin özü isə, London klubunda ildə təxminən 7 milyon avro məvacib alacaq. Bununla da London klubu ən bahalı transferini gerçəkləşdirib. M.Özil, eyni zamanda başqa çempionata transfer olunan ən bahalı alman futbolçu kimi də tarixə düşüb. Ulduz futbolçu, "Arsenal"ı seçməkdə ən böyük səbəbkarın klubun baş məşqçisi Arsen Venger olduğunu deyib: "Onunla danışıqlarımızda mənə yüz faiz inandığını hiss etdim. Mən də bu inamın əvəzini geri ödəmək istəyirəm. Artıq yeni klubumun kuboklar qazanması üçün əlimdən gələni edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə