Vladimir Kliçko Olimpiadada iştirak etməyəcək

Vladimir Kliçko Olimpiadada iştirak etməyəcək

Peşəkar boksçular arasında keçirilən yarışların hər üç versiyası üzrə dünya çempionu titulunun sahibi Vladimir Kliçko 2016 – cı il Olimpiadasında iştirak etməyəcək. Siasportun verdiyi məlumata görə, Ukrayna Boks Federasiyası Vladimir Kliçkonun 2014 – cü il yanvarın birindən beynəlxalq səviyyəli turnirlərdə iştirakına icazə verməyib. Lakin boksçu avqustun 1 - ə qədər Almaniya vətəndaşlığını qəbul edib Almaniyanı təmsil edəcəyi barədə müraciət etsəydi, həmin Olimpiadada iştirak edə bilərdi. Almaniya Boks Assosiasiyaları Federasiyasının prezidenti Yurgen Kyass Kliçkonun Olimpiadada iştirak etmək şansını əldən verdiyinə görə heyfsləndiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə