Bu gün Moskva şəhərində Yüngül Atletika üzrə XIV dünya çempionatı başlayıb. Siasportun verdiyi xəbərə görə, "Lujniki" Olimpiya kompleksi arenasında keçiriləcək yarışlarda 206 ölkəni təmsil edən 2500 idmançı iştirak edəcək. Çempionat avqustun 18 – də başa çatacaq. İdmançılar 47 idman növü üzrə (kişilər - 24, qadınlar - 23) keçiriləcək yarışlarda medallar uğrunda mübarizə aparacaqlar. Saat 9:30 – da öz işinə başlayan çempionatın təntənəli açılış mərasiminin saat 21:30 – da keçirilməsi planlaşdırılıb.
Yüngül Atletika üzrə keçirilən dünya çempionatlarında qazandığı medalların sayına görə, yamaykalı Merlin Otti (3 qızıl, 4 gümüş, 7 bürünc) liderlik edir. Qızıl medalların sayına görə isə amerikalı Karl Luis, Maykl Conson və Elisson Feliks (hərəsi 8 qızıl) birinci yerdədirlər. Dünyanın ən sürətli sprinteri sayılan Useyn Bolt və 4 dəfə Olimpiya çempiuonu E. Feliks də Moskvada keçirilən çempionatda iştirak edəcəklər.
Azərbaycanı çempionatda iki idmançı – Tilahun Əliyev (marafon) və Dmitri Marşin (çəkic atma) təmsil edirlər. İİAF –nın qərarına əsasən dünya rekordunu təzələyən idmançı 100 min ABŞ dolları məbləğində mükafat alacaq.
Qeyd edək ki, Yüngül Atletika üzrə ilk dünya çempionatı 1983 – cü ildə keçirilib. Birinci üç çempionat 4 ildən bir, sonralar isə hər iki ildən bir keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə