"Tottenhem" Bale üçün "Real"dan 145 milyon avro istəyir!

"Tottenhem" Bale üçün "Real"dan 145 milyon avro istəyir!

Madrid "Real"ının İngiltərənin "Tottenhem" futbol klubundan transfer etmək istədiyi Garet Bale, kral klubu üçün əlçatmaza çevrilir. Siasport.az saytı xəbər verir ki, "Real"ın xeyli müddətdir ki, bu futbolçunu heyətinə qatmaq üçün apardığı mübarizə heç bir səmərə vermir. Belə ki, ingilis futbol klubu, hər keçən gün futbolçunun transfer qiymətində artım edərək, kral klubunun arzusunu puça çevirməklə məşğuldur. İspaniyanın "Marça" qəzeti xəbər verir ki, "Tottenhme" indi də G.Bale üçün fantastik transfer qiyməti elan edib. Belə ki, ingilis klubu bu futbolçu üçün nə az, nə çox,- düz 145 milyon avro qiymət müəyyənləşdirib. "Marça" yazır ki, artıq klubun bu qərarından sonra çətin ki, Madir "Real"ı bir daha "Tottenhem"in qapısını döymüş olsun.

Bütün xəbərlər Facebook səhifəmizdə