Dünya futbolunun aparıcı klublarında ərəb himayədarlığı getdikcə çoxalır. Siasport.az saytı xəbər verir ki, ərəb şirkətləri indi də Madrid "Real"ında iş başındadırlar. Belə ki, Madridin "Real" klubu Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" hava yolları şirkəti ilə beş illik sponsorluq müqaviləsi imzalayıb. "Santyaqo Bernabeu"da keçirilən mətbuat konfransında klub prezindeti Florentino Peres, "Emirates"in sahibi Saud el-Maktum və Madrid klubunun futbolçuları iştirak edib. Müqaviləyə əsasən "Real" 2017/2018 mövsümünün sonuna qədər formasında əsas sponsor olaraq "Fly Emirates" yazılı loqo ilə çıxacaq. Florentino Peres bildirib ki, bu müqavilə Madrid klubu üçün çox önəmlidir: "Azarkeşlərimizin xəyallarını reallaşdırmaq üçün çalışırıq. "Emirates" ilə bağladığımız müqavilə ilə hədəflərimizi daha da gücləndirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB