Hazırda İstanbulun "Fənərbaxça" futbol klubunda çıxış edən Milos Krasiç, yeni mövsümdə başqa komandaya keçə bilər. Siasport.az saytı xəbər verir ki, İtaliyanın "Yuventus" futbol klubundan "Fənərbaxça"ya keçən serbiyalı forvard, burada gününü əsasən ehtiyat oyunçular skamyasında keçiridyi üçün artıq özünə başqa klub tapmağa qərar verib. Futbolçunun meneceri Dejan Doksimoviç bildirib ki, hazırda "Napoli" və "Torino" M.Krasiçin xidmətlərində maraqlıdırlar. Lakin hər şey "Fənərbaxça" rəhbərliyi ilə aparılacaq danışıqlardan sonra məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB