Fergyussonun baş məşqçi olaraq karyerası ilə bağlı bu günə qədər bir çox yazılar yazılıb, bir sıra fikirlər söylənib...
Siasport xəbər verir ki, 71 yaşındakı məşqçinin daha az məlum olan istiqamətləri və xüsusiyyətləri də var.
Aleks Ferqyussonun həyatı ilə bağlı eşidilməmiş 10 məlumat ...
1 - BAR sahibi
26 il "Mançester Yunayted"in baş məşqçisi olan Aleks Ferqyusson meydança xaricində də çalışıb.
İşə fabrikdə çıraqlıqla başlayan, sonra Glasgovda bir dükanda dülgərlik edən Ferqyusson, daha sonralar bar administratoru olur. "Fergie S" (Fergienin Yeri) adını verdiyi barın aşağı mərtəbəsindəki otaqlardan birinə, öz sərt futbol stilinə oxşar Elbou Room (Dirsək Salonu) adını verir
2 - JFK MARAĞI
Köhnə İngiltərənin baş naziri Gordon Broun, Fergyussona, bir sui-qəsd nəticəsində öldürülən Köhnə ABŞ prezidenti John F. Kennedi ilə əlaqədar çox sayda CD göndərir. Amerikan siyasətinə olan ortaq maraqları Broun və Fergyussonu yaxınlaşdıran bir vasitə olur. Fergyusson 2007-ci ildə bir müsahibədə "Gordon mənə bu mövzuda tam 35 CD göndərdi" -deyir.
Kennediye heyran olduğu bilinən Ferqyusson, köhnə prezidentin ölümünün ardınca hazırlanan yarılma hesabatını hələ də özündə saxlayır.
3. Sürücü
Ferqyusson Rangersda oynayarkən, komandaya girməyə çalışan gənc Kenny Dalglışın tez-tez avtomobilini sürərmiş.
Dalglış illər sonra Guardian qəzetinə verdiyi bir müsahibədə "Fergienin böyük bir avtomobili vardı. Şəhərə gedərkən biz də tez-tez onunla gedirdik" -deyir. Kenny Dalgliş daha sonra Rangersın əzəli rəqibi "Seltik"lə müqavilə imzalayınca dostluqları yaşıl sahədə rəqabətə çevrilir.
4.SEÇKİ avtobusuna "Masör" TÖVSİYƏSİ
Aleks Ferqyusson, İngiltərə İşçi Partiyasının böyük bağışçılarından biri və keçmiş baş nazir Toni Bleyerin "liderlik" mövzusunda məsləhətçilik edir.
Toni Blairin seçki kampaniyası əsnasında, məsləhətçisi Alastair Campbellın, seçki avtobusuna Blairi massaj etməsi üçün bir mütəxəssis gətirtməsini tövsiyə edir.
Ferqyusson daha sonra bunun bir az həddini aşdığını görür. Ancaq Bleyerin verdiyi ən yaxşı məsləhət bəlkə də bu idi: "Bütün əhəmiyyətli adamlarını eyni anda eyni otaqda tuta bilirsənsə, hər şey yolunda deməkdir".
5 - 26 İL kifayət qədər uzun DEYİL
Aleks Ferqyusson 26 il yarım "Mançester Yunayted"in baş məşqçisi olur. Avropa liqalarında eyni komandada ən uzun müddət vəzifə yerinə yetirən məşqçi Fransız komandası "Auxerre"nin müdiri Guy Rouks oldu.
Rouks 44 ildən sonra 2005-ci ildə vəzifəsindən azad olunur. Əslində Ferqyusson ən uzun müddət vəzifədə qalan Skoç baş məşqçi belə deyil.
Bunu 1897-1940 arasında 43 illərdə "Seltik'in baş məqşçisi Villie Maley"ə aiddir.
6 - Divarlar
Ferqyusson Glasgovun yoxsul bir bölgəsində böyüyüb. Dediyinə görə, futbol oynamaq, dava-dalaş etmək və yüksək divarlardan atlamaqdan başqa edəcək çox bir şey yox idi. O günləri xatırlayarkən, Ferqyusson: "Ən yüksək və təhlükəli olan divarların adları vardı. Kral, kraliça, intihar, almaz, mizraq ... Fərqli yerlərə gedib, "kim hansı divardan hoppana biləcəksə"- deyə iddiaya girər, bir-birimizi ən təhlükəli divarlardan hoppanmağa təhrik edərdik.
7 – Fergie MÜDDƏTİ 79 saniyədə
'Fergie müddəti', rəqib komandalar arasındakı bir inanışdır. Əgər bir matçın 90-cı dəqiqəsinə gəldinsə, "Mançester Yunayted" məğlub vəziyyətdədirsə, topun oyunda olmadığı müddətin normaldan daha uzun hesablandığı istiqamətində məşhur bir düşüncə var. Beləcə, "Mançester Yunayted"in bərabərliyi və ya qalibiyyəti əldə etməsinə imkan təmin edildiyinə inanılır. BBC-nin bu mövzu üzərində etdiyi bir statistik hesabatı, digər komandaların da uzatma müddətlərinin lehinə işlədiyi anlar olduğunu, ancaq "Mançester Yunayted"in digər komandalardan daha çox "uzatma" qazandığını ortaya qoyur.
"Mançester Yunayted"in qabaqda olduğu matçlardan çox, məğlub vəziyyətdə olduğu matçlarda oyun normaldan 79 saniyə və üzərində uzadılıb. 1999-cu ildə "Mançester Yunayted" liqa, Federasiya Kuboku və Çempionlar liqasını qazanaraq bir "üçləmə" edir. Çempionlar liqası finalında zəfər, 'Fergie müddəti' sayəsində gəlir. "Mançester Yunayted", qarşılaşmada qabaqda olan "Bayern Münih"ə 90'-cı dəqiqədən sonra oynanan uzatmalarda atılan iki qolla məğlub edir.
8 - ALEKS Mİ Alek Mİ?
Futbol dünyasında çox adam ona Sir Alek deyir. Skoç mənşəyi səbəbiylə adının bu şəkildə tələffüz edildiyinə inanılır. Bəzilərinə görə, Sir Alek, bəzilərinə görə isə Sir Aleks ... Ferqyussonun hər iki adla bağlı bir çətinliyi yoxdur.
9 - Fen
Ferqyussonun qəzəbinə məruz qalmanın nə demək olduğunu ən yaxın bilənlər futbolçulardır.
Ferqyussonun eynilə bir düyməni basılmış kimi dəyişən rəftarını xatırlayıb bu hirsi "Üzünü üzünüzə yapışdırar və qorxunc bir səs-küylə bir sıra təhqiri arxa arxaya deyər" -deyə izah edirlər.
Onsuz da bu səs-küy və hərarət səbəbiylə köhnə "Mançester Yunayted" oyunçusu Lee Şarpe Ferqyussonun bu davranışına "saç qurutma maşını" adını qoşub.
David Bekhem, saç qurutma maşınından uzaq dayana bilmək üçün bu qədər yaxşı futbol oynadıqlarını söyləyib.
10 - Evinizin ADI FAİRFİELDS
Sir Aleks Ferqyusson Vilmslou, Çeşiredə bir malikanədə yaşayır.
Malikanəyə, atasının çalışdığı limanda ilhamlanaraq Fairfields adını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB