Rusiyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport idman portalının məlumatına görə, Novorossiysk və Anapa şəhərinin 1998-ci il il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandası ilə qarşılaşan futbolçularımız 4:0 hesablı qələbə qazanıb. Bahadur Həziyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Samir Əliyev və Məhərrəm Həsənov fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB