Media və YAP rayon təşkilatları arasında keçirilən voleybol turnirinin növbəti oyunlarına yekun vurulub

Media və YAP rayon təşkilatları arasında keçirilən voleybol turnirinin növbəti oyunlarına yekun vurulub

Bu gün "Nar Mobile"nin dəstəyi ilə Media və YAP Rayon təşkilatları arasında keçirilən voleybol turnirinin növbəti oyunlarına yekun vurulub. Siasport idman portalının məlumatına görə, günün ilk qarşılaşması YAP Nərimanov rayon təşkilatı – YAP Qaradağ rayon təşkilatı komandaları arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində YAP Nərimanov rayon təşkilatı komandası qələbə əldə edib – 25:12. Qarşılaşmanın ikinci hissəsində də üstünlük yenə YAP Nərimanov rayon təşkilatı komandasında olub. Bu setdə adı çəkilən komanda böyük top fərqi ilə qalib gəlib – 25:06. Oyun 2:0 hesabı ilə YAP Nərimanov rayon təşkilatı komandasının xeyirinə başa çatıb.

Günün ikinci oyunu Azərtac – "Cəmiyyət və din" qəzeti komandaları arasındakı görüş ikinci komandanın oyuna gəlməməsinə görə baş tutmayıb. Belə olduqda Azərtac komandasına texniki qalibiyyət verilib.

SİA – YAP Nizami rayon təşkilatı qarşılaşması da keçirilməyib. SİA komandası oyunda iştirak etmədiyinə görə aktivinə texniki məğlubiyyət yazılıb.

Voleybol üzrə növbəti turun oyun cədvəlini diqqətinizə çatdırırıq:

24 aprel

17:30 YAP Xətai rayon təşkilatı - YAP Abşeron rayon təşkilatı
18:00 YAP Suraxanı rayon təşkilatı - "Xalq" qəzeti
18:30 YAP Səbail rayon təşkilatı - YAP Qaradağ rayon təşkilatı

V tur

25 aprel


17:30 YAP Xəzər rayon təşkilatı - "İki sahil qəzeti
18:00 YAP Sabunçu rayon təşkilatı - SİA
18:30 YAP Abşeron rayon təşkilatı - YAP Binəqədi rayon təşkilatı
19:00 "Yeni Azərbaycan" qəzeti - YAP Yasamal rayon təşkilatı

29 aprel

17:30 YAP Nizami rayon təşkilatı -YAP Xətai rayon təşkilatı
18:00 YAP Sumqayıt şəhər təşkilatı - "Səs" qəzeti
18:30 YAP Yasamal rayon təşkilatı - YAP Suraxanı rayon təşkilatı
19:00 İTV - "Yeni Azərbaycan" qəzeti

Bütün xəbərlər Facebook səhifəmizdə