Azərbaycan kuboku: 1/2 final mərhələsi rəqəmlərin gözü ilə

Azərbaycan kuboku: 1/2 final mərhələsi rəqəmlərin gözü ilə

Bu həftə Azərbaycan kubokunda 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək. Siasport idman portalının məlumatına görə, iki qarşılaşmadan ibarət olan mərhələ oyunlarındakı hər 2 cüt əvvəllər dəfələrlə bu yarışda üz-üzə gəlib. "Neftçi" və "Qarabağ" ümumiyyətlə ölkə kuboku tarixində ən çox qarşılaşan komandalardır.

Qarşıdakı 1/2 finalda üz-üzə gələn cütlərin ölkə kuboku tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edirik:

17 aprel (çərşənbə)

Azərbaycan Kuboku, 1/2 final, ilk oyunlar

"Neftçi" - "Qarabağ"
+4=4-7, top fərqi – 11:9

Doqquzuncu dəfə kubokda yolları kəsişən rəqiblərin duellərində 5 dəfə "Qarabağ", 3 dəfə "Neftçi" mərhələ adlayıb. Bunların birində bakılılar yarışda mübarizəni davam etdirməkdən imtina etdiyi üçün "Qarabağ" klubu mərhələnin qalibi sayılıb. İndiyədək yalnız bir dəfə onların dueli indiki kimi yarımfinala təsadüf edib. Yeddi il əvvəl mərhələni 1 qolla keçən ağdamlılar sonda kuboka yiyələnib.

1993

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

2:1, 0:0

1993/94

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)*

+:-, +:-

1995/96

final

Neftçi (Bakı) - Qarabağ (Ağdam)**

3:0

1996/97

1/4 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

3:2, 0:1

1998/99

1/8 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:2, 0:0

2005/06

1/2 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0, 0:1

2006/07

1/8 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:2, 1:0

2008/09

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:0, 0:0

* - texniki nəticələr top fərqində nəzərə alınmayıb.

** - final oyunları neytral meydanda keçirilib.

"Bakı" - "Xəzər Lənkəran"
+4=1-2, top fərqi – 8:7

Kubokda 5-ci dəfə bir-birinə rəqib olan komandaların hərəsi 2 dəfə cütün qalibi olub. 2 il əvvəl də yarımfinalda baş tutan qarşılaşmaların qalibi "Xəzər Lənkəran" olub. Həmin vaxt cənublular mərhələni səfər qolu ilə keçib.

2006/07

1/4 final

Bakı - Xəzər-Lənkəran

0:2, 1:0

2008/09

1/4 final

Xəzər-Lənkəran - Bakı

0:1, 2:2

2009/10

final

Xəzər-Lənkəran – Bakı**

1:2

2010/11

1/2 final

Xəzər Lənkəran - Bakı

1:0, 1:2

** - final oyunları neytral meydanda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə