U-15 qızlar Liqasının bombardiri mükafatlandırılıb

U-15 qızlar Liqasının bombardiri mükafatlandırılıb

U-15 qızlar Liqasının 2011/2012-ci il mövsümünün bombardiri, "Fidan" komandasında çıxış edən Leyla Ağayeva AFFA tərəfindən mükafatlandırılıb. Siasport.az idman portalının məlumatına görə, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyevin, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Patrisia Qonzalesin və AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən UEFA seminarının iştirakçılarının qatıldığı tədbir Leyla Ağayevanın təhsil aldığı Nizami rayonundakı 201 saylı orta məktəbdə təşkil olunub. Məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə U-19 qızlar yığmasının baş məşçisi Patrisia Qonzales çıxış edərək qalibə təbriklərini çatdırıb və qadın futbolunun təbliği baxımından belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Sonra P.Qonzales AFFA-nın hədiyyələrini Leyla Ağayevaya təqdim edib.
201 saylı orta məktəbin direktoru Süsən Salmanova çıxış edərək tədbirin təşkili ilə əlaqədar AFFA-ya minnətdarlığını bildirib.
















Bütün xəbərlər Facebook səhifəmizdə