"Qarabağ" üçün "Neftçi" STATİSTİKA

"Qarabağ" üçün "Neftçi" STATİSTİKA

"Qarabağ" klubu "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Azərbaycan derbisində hər iki komanda bugünkü görüşü də nəzərə alsaq daha 4 dəfə qarşılaşmalıdırlar (kubokun yarımfinal görüşləri). Çempionatlar tarixində ən çox üz-üzə gələn komandaların son 2 qarşılaşması olduqca maraqlı faktlarla müşayiət olunur. Həm avqustun 11-də baş tutmuş II, həm də dekabrın 2-də reallaşan XV turda sevinən tərəf Ağdam təmsilçisi olub. Təsnifat mərhələsində "Qarabağ" klubu "Neftçi" ilə yanaşı "Sumqayıt"a da hər iki oyunda qalib gəlib (6:1 və 3:0). Üstəlik, ağdamlılar bütün komandalardan xal ala bilib. "Ağ-qara"lar isə sadəcə "Qarabağ" klubundan xal ala bilməyib. Əvəzində flaqman AZAL-ı, "Turan"ı, "Kəpəz"i, "Simurq"u hər 2 oyunda məğlub edib.


Bütün xəbərlər Facebook səhifəmizdə