Aprelin 8-də Albaniyada ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığmasını altı idmançı təmsil edəcək. Qadınların turnirində Silviya Angelova (48 kq), Alyona Kiriyenko (69 kq), kişilərin turnirində isə Valentin Xristov (62 kq), Zülfüqar Süleymanov (62 kq), Sərdar Həsənov (69 kq) və İntiqam Zahirov (94 kq) çıxış edəcək.
Qeyd edək ki, çempionat aprelin 14-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB