İspaniyanın "Malaqa" futbol klubunun forvardı Joquin maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, "Malaqa"lı futbolçu bildirib ki, onun komanda yoldaşları üçün ən münasib rəqib İstanbulun "Qalatasaray" klubudur: "Biz tariximizdə ilk dəfə olaraq Çempionlar Liqasında qruplara qaldıq və indi 14 final mərhələsinə yüksəldik.Artıq bu mərhələdə asan rəqib qalmayıb. Ona görə də bizə ən münasib rəqib "Qalatasaray" olardı"-deyə Joquin fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB