Azərbaycan Voleybol Federasiyasının (AVF) VI hesabat və seçki konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, konfransın gündəliyində aşağıdakı məsələlər olub:
1. 2009-2012-ci illlər ərzində Federasiyanın fəaliyyəti haqqında kesabat. (Elşən İsmayılov).
2. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı Təşkilat Komitəsinin yaradılması. (Faiq Qarayev)
3. AVF-nin rəhbər orqanlarının seçilməsi.
Azərbaycan Voleybol Mərkəzində keçirilən tədbirdə ilk olaraq AVF-nin prezidenti Ziya Məmmədov konfrans iştirakçılarını salamlayıb. Daha sonra AVF-nin vitse-prezidenti Vaqif Əliyev son 4 ildə ölkə voleybolunda olan inkişafdan danışıb.
2009-2012-ci illərdə voleybolun inkişafı ilə bağlı daha ətraflı Elşən İsmayılov (baş katib) çıxış edib. Hesabatda milli komandanın Avropa çempionatına vəsiqə qazanması, klublarımızın Avrokubok yarışlarında uğurlu çıxışları qeyd olunub.
Faiq Qarayev milli komandanın qarşıdakı yarışlarından danışıb.
Konfransda qarşıdakı illərdə kişi və çimərlik voleybolunun inkişafı üçün böyük işlərin başlandığı qeyd edilib.
Sonda Ziya Arzuman oğlu Məmmədov yenidən səsvermə yolu ilə Azərbaycan Voleybol Federsiyasının prezidenti seçilib.
O, qarşıdakı illərdə voleybolda daha böyük inkişafın olacağını vurğulayıb. Federasiya prezidenti Azərbaycanda voleybol aləminin bir ailə kimi mehriban olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB