"Kəpəz"in əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi edilib. Siasport.az saytının məlumatına görə, komandanı bundan sonra Mehman Hacıyev hazırlayacaq. Gənc məşqçi bu postda Xaliq Mərdanovu əvəzləyib.
Qeyd edək ki, M.Hacıyev buna kimi əsas komandada çalışırdı. Onu da nəzərinizə çatdıraq ki, M.Hacıyev klubda əvəzedicilərdən ibarət komanda yaradılan ilk gündən heyətin başında olub. Ötən yay isə o, əsas komandaya dəvət almışdı. Məşqçinin qarşısında duran əsas məsələ "Kəpəz" üçün layiqli ehtiyat qüvvə yetişdirmək, bacarıqlı və istedadlı futbolçuları tapıb üzə çıxarmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB