"Neftçi" PFK yetirməsi olan Eşqin Quliyevlə müqavilə müddətini artırıb. Siasport.az saytının məlumatına görə, futbolçu daha üç il Flaqmanın şərəfini qoruyacaq. Eşqin Quliyev bununla bağlı fikirlərini bildirib: "Neftçi" kimi bir klubun futbolçusu olmaq qürurverici hissdir. Çalışacağam ki, məşqçilərin etimadını doğruldum və əsas heyətdəki yerimi bərpa edim. İnanıram ki, "Neftçi" ardıcıl 3-cü dəfə ölkə çempionluğunu bayram edəcək və bunda mən də pay sahibi olacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB