UEFA-nın İntizam Komitəsi Rusiya milli komandasının və "Zenit" klubunun futbolçusu Vladimir Bıstrovu cəzalandırıb. Siasport.az saytı xəbər verir ki, buna əsas səbəb, futbolçunun "Malaqa" ilə oyun zamanı qırmızı vərəqə alması və qarşılaşma başa çatandan sonra V.Bıstrovun baş hakim Oleqariu Benkerensa ilə kobud formada mübahisəyə girişməsidir. Rusiyalı yarımmüdafiəçi qarşıdakı 3 avrokubok matçından diskvalifikasiya olunub. Həmin qarşılaşmada portuqaliyalı ədalət təmsilçisi futbolçuya qırmızı vərəqə göstərib. UEFA isə Bıstrovun hərəkətini yolverilməz sayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB