Dirk Kuyt Şneyderi "Fənərbaxça"ya gətirir?

Dirk Kuyt Şneyderi "Fənərbaxça"ya gətirir?

Mövsümün sonunda Milan "İnter"ini tərk edəcəyi gözlənilən Uesli Şneyderin İstanbulun "Fənərbaxça" klubuna keçidi aktuallaşır. Siasport.az saytı xəbər verir ki, "İnter"dən aldığı illik 6 milyon avroluq maaşının 4 milyon avroya endirilməsi ilə bağlı rəhbərliyin təklifini rədd edən hollandiyalı futbolçu, "Fənərbaxça"dakı həmyerlisi olan Dirk Kuyt vasitəsi ilə İstanul klubuna böyük simpatiya bəslədiyini açıqlayıb. D.Kuyt türkiyəli jurnalistlərlə söhbətində bildirib ki, İstanbul və "Fənərbaxça" barəsində həmyerlisinə geniş məlumat verib. Türkiyə mətbuatı isə iddia edir ki, İstanbul klubu, D.Kuyt vasitəsi ilə hollandiyalı ulduzu "Fənərbaxça"ya transfer etmək üçün çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə