"Bir xalı çox çətinliklə qazandıq. Çünki Şimali İrlandiyaya qarşı mübarizə aparmaq çətin idi". Siasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrandiya ilə oyundan sonra Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib. O, hər iki komandanın başqa qol şansları olduğunu qeyd edib: "Rəqibin hələ bizim qola qədər hesabı açmaq şansı var idi. Amma onlar digər qol epizodları kimi, ondan da yararlana bilmədilər. Bizim də ikinci qolu vurmaq şansımız vardı. Təəssüf ki, yararlana bilmədik. Futbol belədi. 60-cı dəqiqədən sonra biz istədiyimiz kimi oyun sərgiləməyi bacarmadıq. Bu, bizim sərgiləməli olduğumuz futbol deyildi. Hakim haqlı idi. Rəqibə bir xalı futbol tanrısı bəxş etdi. Oyundan öncə mən bu nəticəylə dərhal razılaşardım. Amma indi bu nəticəyə görə məyusam. Komandam onsuz da gəncdi. Matçın gedişində daha iki gənc futbolçu meydana çıxdı. Bu da az təsir göstərmədi. İndi itkiləri bəhanə gətirmək düzgün çıxmaz. Kimlər bacarırdısa, onlar da oynadılar. Rəqib mən gözlədiyim kimi çıxış etdi. Yağış da onlara kömək etdi. İsti, normal havada biz özümüzü daha komfortda hiss edə bilərdik. Biz 60 dəqiqə ərzində də pis çıxış etmədik. Yalnız son yarım saatda çoxlu səhvlər buraxmağa başladıq. Çünki yetirmələrim belə şəraitdə oynamağa o qədər də alışıq deyillər. Meydança çox sulu idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB