Premyer Liqada yaranan fasilədən faydalanmaq niyyətində olan "Bakı" klubu yoxlama oyununa çıxacaq. Siasport.az saytının məlumatına görə, noyabrın 11-də paytaxt təmsilçisi "Qarabağ"ı qonaq edəcək.
Qarşılaşma "Bakı" futbol klubunun təlim-məşq bazasının yardımçı stadionunda baş tutacaq. Yoxlama oyunu qarşıdan gələn Premyer Liqa oyunlarına hazırlıq məqsədi daşıyır.
Xatırladaq ki, "Bakı" Topaz Premyer Liqasının 13-cü turunda öz meydanında "Xəzər Lənkəran"la qarşılaşacaq. Bu oyun təqvimə uyğun olaraq 18 noyabr 2012-ci il tarixində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB