"Spartak" Çempionlar Liqasında ilk qələbəsini qazandı

"Spartak" Çempionlar Liqasında ilk qələbəsini qazandı

Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsində növbəti qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, G qrupunda xal üzünə həsrət qalan Moskva "Spartak"ı öz meydanında Portuqaliya "Benfika"sını qəbul edib. Olduqca gərgin keçən qarşılaşmada Rusiya təmsilçisi 2:1 hesablı qələbə qazana bilib. Bununla da "Spartak" xal ehtiyatını 3-ə yüksəldərək qrupdan çıxmaq şansını saxlamış olub. "Benfika" isə 1 xal ilə qrupda sonuncudur.

Bütün xəbərlər Facebook səhifəmizdə