Boks üzrə gənclərdən ibarət milli komandamız Qazaxıstana yola düşüb. Siasport.az saytının məlumatına görə, yığmamız Kaldı-Kurqan şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Milli komandamızın baş məşqçisi Şamil Alimzanov və Vidadi Tağıyevin rəhbərliyi altında səfərə 13 boksçumuz yollanıb. Onlardan ikisi - Rauf Rəhimov və Pərviz Bağırov ötən il gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıblar. Ceyhun İbrahimli, Rahil Məmmədli, Tural Əhmədov, Kamran Məlikov, Nəsrəddin Məmmədov, Saqi Salehli, Orxan Mayıllı, Sadiq Səmədov, Rüstəm Musayev, Fərid İsmayılov və Nəbi Bağırov da heyətə daxil ediliblər. Yarışda ölkəmizi hakim kimi Anar Babanlı təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB