"Bəzi futbolçular hansı komandada olduqlarını hələ tam dərk etmirlər"

"Bəzi futbolçular hansı komandada olduqlarını hələ tam dərk etmirlər"

Azərbaycan kubokunun 1/16 final mərhələsinin açılış oyununda "Kəpəz" I divizion təmsilçisi "Qala"nı 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Siasport.az saytının məlumatına görə, oyundan sonra "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov fikirlərini bildirib. O, çoxlu qol şanslarından yararlana bilmədiklərini qeyd edib: "4:2 hesablı qələbə qazandıq. Komandamızın çoxlu qol imkanları oldu, lakin hamısından istifadə edə bilmədik. Bunun üzərində çalışmalıyıq. Bəzi futbolçular hansı komandada olduqlarını hələ tam dərk etmirlər. "Qala" komandasının qapıçısının oyunu tərifə layiqdir. Artıq növbəti mərhələdə "Qarabağ"la qarşılacağıq, öz oyunumuz üzərində işləməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə