DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda Rusiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Siasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqtsun qərarına əsasən, Nizami Hacıyev, Elvin Məmmədov, Ruslan Əmircanov və Usim Nduka bu gündən etibarən təlim-məşq toplanışında iştirak etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB