"Atletiko" Radamel Falkaonu 60 milyon avroya transferə çıxardı!

"Atletiko" Radamel Falkaonu 60 milyon avroya transferə çıxardı!

Neçə müddətdir ki, oynadığı futbol ilə ulduzu parlayan və Avropanın ən güclü klublarının transfer siyahısında yer alan "Atletiko"nun forvardı Radamel Falkao ilə bağlı yeni xəbər yayılıb. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Madrid klubu kolumbiyalı futbolçunu mövsümün sonunda transferə çıxarmağı planlaşdırır. "Atletiko"nun baş meneceri Gil Marin İspaniyanın "COPE" radiosuna verdiyi açıqlamada bildirib ki, kolumbiyalının transferindən gələn gəlir, Madrid klubunun bütün borclarının və maliyyə problemlərinin həll olunması üçün yetərlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə