Bəxtiyar Soltanov: "Oynamayan futbolçudan nə gözləmək olar?"

Bəxtiyar Soltanov: "Oynamayan futbolçudan nə gözləmək olar?"

"Hər kəs mənə yaxşı oyunçu olduğumu deyirdi. Amma oynatmağa gələndə şans vermirdilər. Vinferd Şafer gəldikdən sonra 6 ay futbol üzü görmədim. "Bakı"da mənə ən çox Qyoko Haciyevski ilə Bülənt Qorxmaz güvənirdi. Bu iki məşqçi aqressiv futbolu sevirdi".

Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının (U-21) sabiq üzvü Bəxtiyar Soltanov deyib. Vaxtilə perspektivinə böyük ümidlər bəslənilən oyunçu hazırda gündəmdə deyil. Soltanov bu işdə tək özünü günahkar görmür: "Məni oynatmadılar. Oynamayan futbolçudan nə gözləmək olar? "Bakı"da hər şey yaxşı gedirdi. Amma sonradan həm məndə, həm də klubda günah oldu. Nəticədə yollar ayrıldı. Mən həvəsdən düşmürəm və mübarizə aparıram".
Qeyd edək ki, Soltanov hazırda müqavilə ilə "Qarabağ"a məxsus olsa da, "Kəpəz"də icarə əsasında oynayır.//xemsefan.com

Bütün xəbərlər Facebook səhifəmizdə