Meksika və Braziliya xallarını bərabərləşdirdi

Meksika və Braziliya xallarını bərabərləşdirdi

Ölkəmizdə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatının oyunları çərçivəsində Meksika Braziliya ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, bu komandalar FIFA U-20 qadınlararası dünya çempionatında (2002, 2008), FIFA qadınlararası dünya çempionatı 1999 və qadınlararası Olimpiya futbol turnirində qarşılaşmışdılar. Bütün bu oyunlarda qalib gələn tərəf Braziliya komandası olub.

Braziliya komandası ilk dövrədə Yaponiyaya 5:0 hesabı ilə məğlub olmuş, Meksika komandası isə Yeni Zellandiyanı 1:0 hesabı ilə məğlub etmişdi.

İlk dəqiqələrdən Braziliya komandası oyuna daha fəal başladı və daha sıx-sıx hücumlara atılırdı. Baxmayaraq ki, rəqib qapısında daha çox təhlükə törədən Braziliya komandası idi, komanda tez tez səhvlərə yol verirdi. Cənubi amerikalıların ilk təhlükəli hücumu 2-ci dəqiqəyə təsadüf etdi. Sağ cinahdan künc zərbəsindən Andressanın ötürdüyü topu Kamila təhlükəli zərbə ilə tamamlasa da top qapı torunu çöldə silkələdi. Andressanın 5-ci dəqiqədə yerinə yetirdiyi cərimə zərbəsi isə qapı tirinin bir neçə santimetrliyindən keçdi.

İlk hissədə komandalar əsasən uzun ötürmələrlə rəqib qapısında təhlükə yaratmağa çalışırdı. Meksika komandasının ilk təhlükəli hücumu isə 44-cü dəqiqədə Cynthia Pineda zərbəsi ilə yarandı. Lakin hesab açılmadı.

İkinci hissəyə də ilk hissədə olduğu kimi aktiv başlayan Braziliya komandası 54-cü dəqiqədə rəqibin qapısı qarşısında ilk təhlükəli hücum yaratdı. Lakin Cenifer künc zərbəsində ötürülən topu qapıdan keçirə bilmədi.

Meksikalıların zərbəsi isə özünü çox gözlətmədi. 59-cu dəqiqədə Taylor Alvaradonun zərbəsində də biraz dəqiqlik çatmadı.

Nəhayət, komandalar gərgin keçən oyunun 82-ci dəqiqəsində 69-cu dəqiqədə meydana çıxan braziliyalı Byankanın ifasında indiyədək çempionatın ən gözəl qollarından biri hesab ediləcək qola şahidlik etdi. Oyunun qalan dəqiqələrində isə daha heç bir qol vurulmadı və oyun Braziliya komandasının minimal hesablı qələbəsi ilə başa çatdı

İndi ilk 3 xalını qazanan Braziliya komandası növbəti oyunda mütləq qalib gəlməklə qrupdan çıxmağa çalışacaq.

Edvaldo Erlacher (Braziliya komandasının baş məşqçisi)

"Nəticədən razıyam. Düzdür daha yaxşı oynaya bilərdik. Bizim daha da inkişaf etdirməli olduğumuz şey həyəcanımıza hakim olmağımızdır. Meksika komandası çox yaxşı oynadı, ancaq yekunda üzü gülən tərəf biz olduq. Gözəl qola görə Byankaya minnətdaram".

Bütün xəbərlər Facebook səhifəmizdə